Bakı, 19 may, AZƏRTAC
Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mayın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri, şikayət və təklifləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsi (telefonlar: 050-683-21-48, 055-792-44-42, 025-25-53-5-09) ilə əlaqə saxlamaları xahiş olunur.