Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsi ilə bağlı AFFA və TFF arasında danışıqlar aparılır.

Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulub.

Milli assosiasiya məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini bildirib.