Umayra Tağıyeva: Qış və yay arasında heç bir əlaqə yoxdur

Umayra Tağıyeva: Qış və yay arasında heç bir əlaqə yoxdur
16:36 25 Dekabr 2019
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva builki qışın mülayim keçməsi ilə əlaqədar yayın da isti keçəcəyi barədə səslənən fikirlərə münasibət bildirib.

Trend-in məlumatına görə, U.Tağıyeva bu gün keçirdiyi brifinqdə deyib ki, qış dövründə müşahidə edilən hava şəraiti ilə yayda gözlənilən hava şəraiti arasında anologiyalar izləmək mümkün deyil.

Çoxillik meteoroloji məlumatların təhlili də göstərir ki, qış və yay arasında heç bir əlaqə yoxdur.

U.Tağıyeva qeyd edib ki, son 10 ildə iqlimin daha sürətlə dəyişməsi müşahidə olunur:

"Qlobal iqlim dəyişməsi bütün dünyanı narahat edən prosesdir. Azərbaycan da iqlim dəyişmələrinin qarşısının alınması üçün üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq, ölkədə istilik effekti yaradan qazların konsentrasiyasının azalmasına yönələn tədbirlər həyata keçirir".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3169115.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR