Umayra Tağıyeva: Hazırkı anomal istilər meteohəssas insanlara mənfi təsir göstərmir

Umayra Tağıyeva: Hazırkı anomal istilər meteohəssas insanlara mənfi təsir göstərmir
16:50 25 Dekabr 2019
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Son günlər havanın bu fəsil üçün xarakterik olmayan formada isti keçməsi meteohəssas insanlara mənfi təsir göstərmir. Çünki insanların istənilən hava şəraitinə uyğunlaşması baş verir. Məsələn, bizim vətəndaşlar şimal ölkəsinə səyahət edəndə iqlim fərqinin yaranması onlara mənfi təsir edir. Azərbaycanda, xüsusilə də Abşeron zonasında yaşayanlar isə qışın mülayim-isti keçməsinə öyrəşiblər".

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, hava şəraiti anomal isti keçəndə azhərəkətli hava kütləsi yaranır və belə şəraitdə temperatur yüksəlməsi müşahidə olunur:

"Bu da qatı dumanın yaranması üçün zəmin yaradır. Son dövrlərdə sahildə yerləşdiyi üçün Abşeron yarımadasında və Bakıda dumanlı günlərin sayı artır".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3169134.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR