Bakıda dumanlı günlərin sayı niyə artıb? -

"Son dövrlər Abşeron yarımadasında və Bakıda dumanlı günlərin sayı artıb".

Metbuat.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O, qatı dumanın yaranmasının səbəblərini də açıqlayıb: "Hava şəraiti anomal isti keçəndə azhərəkətli hava kütləsi yaranır və belə şəraitdə temperatur yüksəlməsi müşahidə olunur. Bu da qatı dumanın yaranması üçün zəmin yaradır".

U.Tağıyeva süni dumanın yaradılması haqqında səslənən fikirlərə də münasibət bildirərək qeyd edib ki, süni dumanın yaradılması xüsusi texnologiyalar vasitəsilə həyata keçirilir: "Düşünmürəm ki, Bakıda belə dumanın yaradılmasında kimsə maraqlı olsun. Ona görə bu barədə səslənən fikirlər əsassızdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR