“Barselona” qış transferlərinə 75 milyon avro ayırıb

İspaniyanın “Barselona” klubunun qış transferlərinə xərcləyəcəyi vəsaitin məbləği müəyyənləşib.

Metbuat.az-ın məlumatına gör, kataloniyalılar heyətin gücləndirilməsinə 75 milyon avro xərcləyə bilər.

Klub rəhbərliyi əsasən 25 yaşa qədər olan futbolçular almaq istəyir. Bunda məqsəd həmin oyunçuların gələcəkdə inkişaf etməsidir.

“Barselona” futbolçusu Filippe Koutinyonun gələcəyini də müzakirə edib. İspaniyalılar icarə əsasında Almaniya “Bavariya”sında çıxış edən braziliyalını 100 milyon avrodan ucuz satmaq niyyətində deyil.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR