Məzahir Pənahov: “Vətəndaş bizə şikayət edir ki, namizəd niyə təşviqat kampaniyası aparmır”

“Bələdiyyə seçkiləri əvvəlkilərlə müqayisə olunmayacaq dərəcədə yüksək keçib. Ona görə də Azərbaycan xalqı buna arxayın ola bilər”.

Metbuat.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov AzTV-də "Hədəf" proqramına müsahibəsində deyib.

Dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri ilə bağlı AzTV-yə danışan komissiya sədri bildirib ki, daxil olan şikaytətlərin bəzilərində namizədlərin bir-birinə qohum olduğu göstərilir: “Əvvəla, Seçki Məcəlləsində belə bir qadağa yoxdur. İkincisi, kiçik kənddə elə hamı bir-birinə qohumdur. Daha bir müraciətin məzmunu isə namizədlərin təşviqat aparmamasınan ibarətdir. Vətəndaş buna görə də iddia edir ki, seçki prosesi pozulub və yenidən seçki keçirilsin. Əksər müraciətlər bu məzmundadır”.

“Əslində vətəndaşların bizə müraciət etməsindən sevinirik. Müsbət haldır ki, vətəndaşlarımız ölkədə baş verən proseslərə laqeyd deyillər”,- M.Pənahov əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR