Məşhurlar zarafatdan sonra qırğına çıxdı (VİDEO)

Məşhurlar zarafatdan sonra qırğına çıxdı (VİDEO)
04:16 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur şoumen Bəyazıt Öztürk (Bəyaz) ilə müğənni Candan Erçetinin münaqişəsində məhurlar baş-başa gəlib.

ANS PRESS-in məlumatına görə, ötən gün Türkiyənin özəl telekanallarından birində yayımlanan “Beyaz Show” proqramında aparıcı Bəyaz bir neçə gün əvvəl Candan Erçetinin ona qarşı alçaldıcı video-çarx hazırlamasını cavabsız qoymayıb.

Müğənninin hazırlatdığı video-çarxda bir sıra sözlərdən təsirlənən məşhur şoumen qadın məşhurlara qarşı kişi məşhurları yığaraq cavab videosu hazırlayıb.

Bəyazın videosunda Yeşilçamın məşhur aktyoru Nuri Alço, eləcə də Ümit Besen, Mustafa Üstündağ, Hayko Cepkin, Emre Karayel və Ali Ihsan Varol ona dəstək olublar.

Xatırladaq ki, Candan Erçetinin Bəyaza hazırladığı son videoda Saba Tümer, Derya Şensoy, Esra Erol, Gupse Özay və Demet Akbağ kimi məşhurlar yer almışdı. Tərəflər arasında münaqişəyə səbəb isə Bəyazın Candan Erçetini proqrama qonaq çağıraraq “Git” klipinin montaj versiyasını təqdim etməsi olmuş, bu isə müğənninin xoşuna gəlməmiş və şoumenə cavab videosu hazırlamışdı.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR