Türkiyədə miqrantları daşıyan yük maşını aşıb, çox sayda xəsarət alan var

Türkiyədə miqrantları daşıyan yük maşını aşıb, çox sayda xəsarət alan var
06:22 27 Dekabr 2019
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Türkiyənin Çanaqqala şəhərində qeyri-qanuni miqrantları daşıyan yük maşını aşıb.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yük maşınının aşması nəticəsində 32 qeyri-qanuni miqrant xəsarət alıb.

Bildirilir ki, yük maşınında 50 qeyri qanuni miqrant olub. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib, digərləri isə müvafiq orqanlara təhvil veriliblər.

Qeyd edilir ki, yük maşınının sürücüsü polislər tərəfindən saxlanılıb. Qəzanın səbəbi barədə məlumat verilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3169830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR