“Report”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, dəyən zərər beynəlxalq uçuşlar üzrə Monreal Konvensiyasına görə Beynəlxalq Valyuta Fondunun (BVF) xüsusi pul vahidi SDR-da (xüsusi borclanma hüququ) ihesablanır.
Qeyd edək ki, dekabrın 28-nə olan məlumata görə, 1 SDR – 1,37761 dollara bərabərdir.
Sübut edilmiş zərər üçün maksimum kompensasiya miqdarı:
Ölüm və ya xəsarət üçün - 128,8 min SDR və ya 177,4 min dollar (əvvəllər kompensasiya məbləği 113,1 min SDR) idi;
Sərnişinin gecikməsinə görə - 5,35 min SDR və ya 7,4 min dollar (əvvəllər – 4,7 min SDR);
Baqaj gecikdirilməsinə görə - 1,3 min SDR və ya 1,79 min dollar (əvvəllər - 1,1 min SDR);
Yük gecikməsinə görə - 22 SDR və ya 30,3 dollar (əvvəllər - 19 SDR).
Qeyd edək ki, Monreal Konvensiyasının iştirakçılarının sayı 130 ölkədən artıqdır. Bu siyahıda Azərbaycan da var.