Kobanidə ölü sayı açıqlandı

Kobanidə ölü sayı açıqlandı
05:56 17 Yanvar 2015
132 Dünya
Ölkə mətbuatı
A- A+

Sentyabrın 16-dan bu günə qədər Kobanidə gedən döyüşlərdə ölənlərin sayı açıqlanıb.

ANS PRESS-in məlumatına görə, Suriya İnsan Haqları Müşahidəsi qrupunun açıqlamasında bildirilir ki, Türkiyə-Suriya sərhədindəki Kobani şəhərində İŞİD terror qruplaşması ilə PKK-nın Suriya qanadı olan YPG arasında gedən döyüşlərdə sentyabrın 16-dan bu günə qədər 1600-dan çox adam ölüb.

Ölənlərdən 1091-i İŞİD, 462-si isə YPG silahlısıdır. Açıqlamada o da bildirilir ki, bu statistikaya anti-İŞİD koalisiyasının bombardmanı zamanı ölən İŞİD silahlıları daxil edilməyib. Bu, İŞİD-çilərdən 49-u sui-qəsd hücumları həyata keçirərkən ölüb

Ölənlər arasında 32 nəfərin mülki şəxs olduğu bildirilir.

Qeyd edək ki, Kobanidə YPG ilə İŞİD yaraqlıları arasında döyüşlər hələ də davam edir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR