Günün qoroskopu: Tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə...

Günün qoroskopu: Tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə...
00:05 30 Dekabr 2019
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Eyhamlardan qaçın, fikrinizi açıq-aşkar deyin, üstüörtülü danışığınızı anlamaya bilərlər. Planlaşdırılmamış səfərlər yeni tanışlar tapmağa imkan yaradacaq.
Fiziki iş və idmanla məşğul olmaq üçün münasib gündür. Sağlamlaşdırıcı prosedurlar faydalı və səmərəlidir. Əvvəlcədən qurulmuş planlara riayət etmək məsləhətdir.

Buğa - Tamamilə maraq dairənizdən kənar işlərə vaxt sərf edirsinizsə, nailiyyət qazanacağınıza ümid etməyin: nəticələr həddən artıq zəif və sönük olacaq.
Həmfikirlərlə ünsiyyət üçün yaxşı gündür. Dostlar və qohumlarla heç də həmişə ortaq məxrəcə gəlmək olmur. Bu gün müştərək bir işə başlayacaqsınızsa, o zaman əvvəlcədən başçının kim olacağını təyin etmək lazımdır.

Əkizlər - Kommersiya fəaliyyəti, işgüzar əlaqələrin qurulması üçün münasib gündür. Ənənəyə riayət etmək və yoxlanılmış metodlarla işləmək vacib deyil - improvizə, eksperiment etmək, yenilikləri sınaqdan keçirmək olar.

Xərçəng - Cazibədarsınız və qarşı cinsin nümayəndələri bunun fərqindədirlər. Onlar tərəfdən diqqətin azlığından şikayət etməyəcəksiniz. Köhnə dostlarınızı sözsüz də başa düşürsünüz, elə yeni tanışlarınızla da pis anlaşmırsınız. Qəfil səfərlər xoş sürprizlər vəd edir.

Şir - Uğurlu gündür. Vaxtınızı hədər yerə sərf etməsəniz, çox şey qazana bilərsiniz. Sərbəstlik göstərmək, əvvəllər heç kimin təqdirini qazanmamış müəyyən planlarınızı gerçəkləşdirmək üçün yaranan yaxşı imkandan istifadə etməyə çalışın. İstənilən problemin həllinə yaradıcı yanaşın.  
Gün xoş ünsiyyət vəd edir. Yeni tanışlıqlar mümkündür, amma bunların ciddi münasibətlərə çevriləcəyi ağlabatan deyil. Valideyn Şirləri uşaqlarının uğurları sevindirəcək. Ailə tədbirləri, bayramlar əla keçəcək.

Qız - Enerji və gücünüzün artdığını hiss edirsiniz. Özünüzə inamınız çoxalır. Bir qədər əvvəl mümkünsüz görünən bəzi planlarınızı gerçəkləşdirməyə nail olursunuz. Əvvəllər dil tapa bilmədiyiniz insanlar da sizə yardım edirlər. Rəhbərliklə, nüfuzlu şəxslərlə münasibətləriniz yaxşılaşır.
Sahibkarlıq fəaliyyəti, biznesdə istənilən başlanğıc üçün əla gündür. Əgər özünüzü itirməyib vaxtında təşəbbüs göstərsəniz, sevgidə də bəxtiniz gətirəcək. İri alış-veriş, bədxərclik məsləhət deyil.

Tərəzi - Ehtiyatlı, diqqətli, nəyə gücünün yetdiyini bilənlər daha uğurlu olacaqlar. Həm peşəkar, həm şəxsi işlərlə məşğul olmaq lazım gələcək: gün çox dolu və yorucu olacaq.
Axşam vacib xəbərlər, sizi səfərə çıxmağa, yaxud qəhrəmanlıqlar göstərməyə məcbur edən məlumatlar ala bilərsiniz. Tərəfdaşların və həmfikirlərin dəstəyinə güvənmək olar.

Əqrəb -  İşgüzar ünsiyyət üçün əla gündür: görüşlər məhz siz istəyən kimi keçir. Yeni layihələr üzərində işə başlamaq olar, uğuru çox gözləmək lazım gəlməyəcək. İş yerini dəyişmək, yeni vəzifə başına keçmək üçün uğurlu gündür. İşdə məhəbbət macərasının başlanması da mümkündür.
Yaradıcılığa maraq artır. Teatra, konsertə, sərgi salonuna gedin. Yaradıcı potensialınız yüksək olsa da, bunu haraya yönəltməyi bəzən bilmirsiniz. Yaşlı qohumların məsləhəti yerinə düşəcək.

Oxatan - İnsanların çox olduqları tədbirlərə getmək, kütlə qarşısında çıxış etmək olar. Ekstravaqant davranmaqdan çəkinməyin: hamının diqqətini çəkmək ancaq xeyrinizə olacaq. Qiymətli hədiyyə ala bilərsiniz.

Oğlaq - Əməkdaşlığa başlamaq üçün əla gündür. Yeni insanlarla tanış ola bilərsiniz. Başqalarının gücünün yetmədiyi işləri qətiyyət və cəsarətlə öz üzərinizə götürür və əla nəticələr qazanırsınız. Əgər eyni zamanda həm səliqəli, həm də detallara qarşı diqqətli olsanız, nəticə möhtəşəm olacaq.

Dolça - Çətinliklər sizi qorxutmur, istənilən problemi həll etmək gücündəsiniz. Əgər hadisələrin inkişafı gözləmədiyiniz bir məcra ilə axırsa, özünüzü itirmirsiniz. Demək olmaz ki, işdə başgicəlləndirici uğurlar qazanacaqsınız, ancaq şərait elə də pis deyil. Şəxsi həyatınız, dostlarınız və sevgilinizlə ünsiyyət üçün vaxtınız qalır.
Uğurlu alış-veriş mümkündür, pulları ağıllıca xərcləyirsiniz. Köçmək, yaxud daşınmaz əmlakla bağlı digər problemləri həll etmək üçün münasib gündür. Aşiq Dolçaları xoş sürprizlər gözləyir.

Balıqlar - Yaradıcı potensialınız çox yüksəkdir. Onun sayəsində boz bir günü qeyri-adi və unudulmaz edə biləcəksiniz. Planlarınızı gerçəkləşdirə biləcəksiniz. Bunlardan azacıq kənara çıxmağınızın da sizə yalnız xeyri dəyəcək. Elm və ictimai fəaliyyətlə məşğul olanlar üçün gün çox uğurludur.
Pul ala bilərsiniz. Onları düzgün idarə edirsiniz: perspektivli layihələrə yatırır, uğurlu alış-veriş edirsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/805845.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR