Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib

Bu il Azərbaycanda 2 milyona yaxın ağac əkilib
16:05 30 Dekabr 2019
42 Ölkə
Ölkə mətbuatı
A- A+

2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bu gün keçirilən mətbuat deyib.

Onun sözlərinə görə, ağaclar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, rayon icra hakimiyyətlərinin, nümayəndələrinin iştirakı ilə əkilib.

F.Əliyev əlavə edib ki, 2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ayrı-ayrı vətəndaşlara, icra hakimiyyətlərinə, məktəblərə, bağçalara və digər təşkilatlara ümumilikdə 1 322 649 müxtəlif cinsli ağac tingi paylanılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/814655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR