Azərbaycan əhalisi nağd dollar alışını azaldıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 2 328 160,3 min dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 493 729,8 min dollar və ya 17,5 % azdır.

Metbuat.az-ın məlumatına görə, cari ilin noyabr ayında ölkə əhalisi tərəfindən 237 888,6 min dollar alınıb. Bu isə oktyabr ayına nisbətən 14 437 min dollar və ya 5,7% az, cari ilin yanvar ayına nisbətən isə 61 738,8 min dollar və ya 20,6 % azdır. Ötən ay əhali tərəfindən dollar alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 21 524,9 min dollar və ya 9,9% artıb.

Bundan başqa, yanvar-noyabrda ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1 659 067,5 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 204 801,1 min dollar və ya 11% azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR