“Volkswagen” avtomobil şirkətinin yeni investisiya planı

“Volkswagen” avtomobil şirkətinin yeni investisiya planı
17:42 31 Dekabr 2019
Ölkə mətbuatı
A- A+

Almaniyanın "Volkswagen" avtomobil şirkəti "rəqəmsal transformasiya" yol xəritəsi çərçivəsində növbəti illər üçün planlarını açıqlayıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, şirkət elektrik və hibrid texnologiyaların inkişafı üçün 19 milyard avro investisiya qoyacaq.

Şirkət 2020-ci ildə 34 yeni model təqdim edəcəyini açıqlayıb. Onlardan 12-i krossover, 8-i hibrid və batareyalı avtomobillər olacaq.

Bundan başqa, "Volkswagen" Paris iqlim sazişi çərçivəsində 2025-ci ilədək istehsal prosesində karbon qalıqlarını iki dəfə azaltmağı planlaşdırdığını açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/813818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR