Bakıda 2020-ci il atəşfəşanlıqla qarşılanıb

Bakıda 2020-ci il atəşfəşanlıqla qarşılanıb
00:27 1 Yanvar 2020
91 Digər
Ölkə mətbuatı
A- A+

Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Dənizkənarı Milli Parkın ərazisində atəşfəşanlıq təşkil olunub.
"Report" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən təşkil olunan bayram atəşfəşanlığı on minlərlə insan maraqla izləyib.
Bulvar ərazisində ağacların bayramsayağı bəzədilməsi və işıqlandırılması Dənizkənarı Milli Parka xüsusi gözəllik verib. Eyni zamanda, şəhərin mərkəzi küçələri və parklar bəzədilib, yolkalar qurulub. Buradakı ağacların çilçıraqlarla bəzədilməsi, müxtəlif yeni il atributları və simvollarının quraşdırılması, bayram tərtibatı işləri həyata keçirilib.
Beləliklə, 2019-cu il yola salınıb və 2020-ci il yeni ilin ilk dəqiqələrində atəşfəşanlıqla qarşılanıb.
Qədəmlərin uğurlu olsun, 2020-ci il!














Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-2020-ci-il-atesfesanliqla-qarsilanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR