Rusiyalı sahibkarlar Azərbaycana biznes missiya ilə gələcəklər

Azərbaycan yenə rusiyalı sahibkarların diqqət mərkəzindədir. Belə ki, ölkəmiz Moskva İxrac Mərkəzinin yeni layihəsinə salınıb.

Metbuat.az bildirir ki, Mərkəz 2020-ci ildə moskvalı sahibkarlar üçün xarici ölkələrə ödənişsiz səfərlər təşkil edəcək.

"Moskva İxrac Mərkəzi 2020-ci ildə paytaxt şirkətlərinin nümayəndələri üçün xaricə 13 ezamiyyət təşkil etməyi planlaşdırır. Moskva iş adamları Avropa, Asiya, Afrika və Yaxın Şərq ölkələrini ziyarət edə biləcəklər", - deyə qurumun saytında bildirilir. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR