Prezident: 2019-cu ildə sosial sahəyə daha böyük həcmdə vəsait ayrılıb

Prezident: 2019-cu ildə sosial sahəyə daha böyük həcmdə vəsait ayrılıb
14:18 1 Yanvar 2020
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində 2019-cu ildə sosial sahəyə daha böyük həcmdə vəsait ayrıldığını bildirib.

Dövlətimizin başçısı Azərbaycanın Beynəlxalq İnkişaf Assosiasiyasının hesabatında donor ölkəyə çevrildiyini qeyd edərək deyib: “Biz indi borc alan yox, borc verən ölkəyik. Bütün bunlar düşünülmüş siyasətin təzahürüdür. Bütün bu uğurlu nailiyyətlər imkan verir ki, biz sosial sahəyə daha böyük həcmdə vəsait ayıraq və bunu etdik.

Bu il də bu baxımdan çox yaddaqalan il olmuşdur. Çox geniş, hərtərəfli sosial paket təqdim edildi və bu sosial paket 4 milyon 200 min əhalini əhatə etdi. Bəzi müavinətlər 50 faiz, bəzi müavinətlər 100 faiz, bəzi müavinətlər isə 2 dəfə artmışdır. Minimum əməkhaqqı 2 dəfə, minimum pensiya 70 faiz artmışdır. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə biz bu gün MDB məkanında birinci yerdəyik”.

Prezident əmin olduğunu vurğulayıb ki, gələcək illərdə iqtisadi imkanlar genişləndikcə sosial sahəyə bundan da böyük diqqət göstəriləcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/resmixronika/300778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR