Almaniyada zooparkda yanğın olub

Almaniyada zooparkda yanğın olub
16:42 1 Yanvar 2020
69 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyada zooparkda yanğın olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Krefeld şəhərində yerləşən zooparkda yanğın zamanı bütün meymunlar ölüb.

Yanğın qorillaların yaşadığı bağa isə keçməyib və qorilla ailəsi sağ qalıb. Yanğınsöndürənlər gecə ərzində zooparkda yanğının söndürülməsinə çalışıblar. Yanğının səbəbi məlum deyil.

Polis araşdırma aparır.

Qeyd edək ki, sahəsi 2000 kv.m olan zoopark 1975-ci ildə tikilib. Zooparkda oranqutan, şimpanze, yarasa və quşlar olub. Keçən il isə oranqutanlar və şimpanzelər üçün zooparkda ayrıca sahə ayrılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/814927.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR