Bir neçə həftə əvvəl Nigeriyanın Zamfara vilayətində girov götürülən 525 nəfər sərbəst buraxılıb.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, onların əksəriyyəti uşaq və qadınlardır. Sərbəst buraxılan şəxslərin səhhəti normaldır. Bununla belə, onlar həkim nəzarətinə götürülüb.
Qeyd edək ki, Nigeriyada 4 ildir heyvandarlıq və əkinçilikə məşğul olan qəbilələr arasında otlaq sahələri uğrunda şiddətli toqquşmalar baş verir.
Anar Türkeş