Ərdoğan göstəriş verdi: 5 İES fəaliyyətini dayandırdı

Ərdoğan göstəriş verdi: 5 İES fəaliyyətini dayandırdı
07:28 2 Yanvar 2020
87 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə beş İstilik Elektrik Stansiyasının (İES) fəaliyyəti dayandırılıb, birinin çalışma gücü müəyyən qədər aşağı salınıb.

Publika.az xəbər verir ki, hökumətin bu tədbiri ekoloji təmizliyi qorumaq üçün nəzərdə tutulub. Bildirilir ki, fəaliyyəti nisbətən azaldılan İES Soma bölgəsində yerləşir. Bu stansiya sayəsində 12 min bina istiliklə təmin olunur.

Bir müddət əvvəl prezident Rəcəb Tayyib Ərdoğan İES-lərin fəaliyyətinin dayandırılması ilə bağlı çağırış etmişdi.

Qeyd edək ki, Türkiyədə İES-in əksəriyyəti sərf olunan yanacağın tullantılarını filtrsiz olaraq atmosferə buraxır.

Ətraf Mühit və Şəhərsalma naziri Murad Qurum açıqlamasında bildirib ki, çalışması dayandırlan İES-lər tələb olunan texniki şərtləri yerinə yetirəndən sonra fəaliyyət göstərə biləcəklər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/300810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR