Dörd qəsəbədən oğurluq edən keçmiş məhkum tutuldu

Dörd qəsəbədən oğurluq edən keçmiş məhkum tutuldu
16:22 2 Yanvar 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən ilin aprel-noyabr ayları ərzində rayonun Əmircan, Suraxanı və Bülbülə qəsəbələri ərazisində yerləşən neft quyusu, buruq və anbardan elektrik mühərriki, məişət əşyaları və təmir-tikinti alətləri, Ramana qəsəbəsinin ərazisində yol kənarındakı sahəyə quraşdırılmış 4200 manat dəyərində misdən hazırlanmış çətir altında olan uşaq fiquru, habelə 11 evdən kondisioner, kombi aparatı, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Suraxanı qəsəbə sakini B.Abdullayev saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, o, əvvəllər məhkumluq həyatı yaşayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3172333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR