Ana ilə iki qızı dəm qazından zəhərləndi

Ana ilə iki qızı dəm qazından zəhərləndi
23:17 3 Yanvar 2020
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə zəhərlənmə hadisəsi vaş verib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib. Həmin ərazidə olan mənzillərin birində yaşayan bir ailənin üç üzvü mətbəxdə dəm qazından zəhərlənib.

Məlumata görə, mənzildə qazla işləyən su qızdırıcı mətbəxdə qurulduğu üçün orada oturan ana və 12 və 14 yaşlı qızları dəm qazından zəhərlənib. Onlar xəstəxanaya yerləşdiriliblər. Tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/815249.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR