“Şöhrət” ordeni ilə təltif olunan Vahid Novruzov:

“Cənab Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunmağım məni həm təəccübləndirdi, həm də sevindirdi. Allah cənab Prezidenti var eləsin”.

Metbuat.az xəbər verir ki, bunu “report”a açıqlamasında Prezident İlham Əliyevin yanvarın 6-da imzaladığı sərəncamla “Şöhrət” ordeni ilə təltif edilən Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov deyib.

Palata sədri vurğulayıb ki, bu mükafat onun üzərinə həm də məsuliyyət qoyur: “Tam səmimi deyirəm ki, bu təkcə mənə yox, bütövlükdə iqtisadçılara, Azərbaycan auditinə verilən dəyər, qiymətdir. Buna görə də ölkəmizin başçısına təşəkkür edirəm. Cənab Prezidentin məni təltif etməsi həm də bizim üzərimizə yeni məsuliyyət qoyur ki, biz daha da möhkəm çalışaq, xalqımız naminə reallaşdırılan islahatlarda əlimizdən gələni edək.

Sizə də təşəkkür edirəm ki, ilk olaraq məni aradınız və təbrik etdiniz!”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Vahid Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında auditor xidməti sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Xatırladaq ki, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov 1950-ci ilin yanvarın 7-də Qərbi Azərbaycanın Loru mahalının Allahverdi qəsəbəsində doğulub. Sabah onun 70 illik yubileyidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR