“Buta Airways” Ankarada eniş edən hava gəmisi ilə bağlı açıqlama yayıb

“Buta Airways” Ankarada eniş edən hava gəmisi ilə bağlı açıqlama yayıb
12:29 7 Yanvar 2020
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ceyhun Ələkbərov - Trend:

“Buta Airways” J2-9103 nömrəli reysində hava gəmisinin Ankarada enməsi ilə bağlı açıqlama yayıb.

Trend-in məlumatına görə, açıqlamada deyilir: "Sabiha Gökçen aeroportunun baş vermis insident səbəbindən bağlanması ilə əlaqədar “Buta Airways”in J2-9103 nömrəli reysində hava gəmisinin kapitanı Ankaranın hava limanına eniş etmək qərarı verib. Təyyarə yerli vaxtla 10:57-də Esenboğa aeroportunda uğurlu eniş həyata keçirib".

Əlavə olaraq qeyd olunub ki, Sabiha Gökçen aeroportundan icazə alındıqdan sonra təyyarənin heyətinin İstanbula uçuşa hazırlaşacağı gözlənilir. İstanbul aeroportundan məlumat alındıqca xəbər yenilənəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3173647.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR