Meşəbəyi bütün qışı çarəsiz canavarı bəslədi - 4 ildən sonra sürprizlə qarşılaşdı - FOTO

Meşəbəyi bütün qışı çarəsiz canavarı bəslədi - 4 ildən sonra sürprizlə qarşılaşdı - FOTO
19:27 7 Yanvar 2020
136 Dünya
Ölkə mətbuatı
A- A+

Alyaskada bir meşəbəyi çarəsiz və gücsüz qalan canavarla qarşılaşıb. O, sıx və qalın meşədən çıxarkən qarlı bir düzənlikdə təsadüfən yorğun, ac və səssiz durmuş canavarla üz-üzə gəlib.

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, meşəbəyi bir dəqiqə belə düşünmədən qurdun yanına gedib, onunla öz yeməyini paylaşıb. Çantasında gəzdirdiyi yun yorğanla canavarı büküb və onu qaldığı evə gətirib. Bütün qış boyu meşəbəyi canavara qayğı göstərib.

Nəhayət, yaz gəldikdən sonra özündə güc tapan canavar meşəbəyini tərk edib. Amma canavarın dostu etdiyinə peşman olmayıb. Təbiətdən gələn təbiətə qayıtmalı idi. Buna baxmayaraq, meşəbəyi qəribə dostunu tez-tez xatırlayarmış.

Lakin 4 il keçdikdən sonra meşəbəyi gözləmədiyi sürprizlə qarşılaşıb. O, evinin ətrafında böyük canavar sürüsünün ulaşmasını eşidərkən əti ürpəşib. Evindən kənara çıxan meşəbəyi birdən ağacların arxasından bir canavar ailəsini görüb. Meşəbəyi dörd canavardan birini tanıyıb.

Bu, qış boyu bir yerdə olduğu həmin canavar imiş. O, sən demə, xeyirxahlığı unutmadığı üçün bu qədər vaxtdan sonra dostuna bütün ailəsini göstərmək istəyib.

İndi bütün dünya bu hadisədən danışır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR