İranın zərbələrindən sonra ABŞ neftinin qiyməti bahalaşıb

İranın Birləşmiş Ştatların İraqdakı bazalarına hücum xəbərindən sonra ABŞ-ın WTI markalı nefti 65 dollara qədər bahalaşıb.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın elektron ticarətinin məlumatları əks etdirir.

ABŞ vaxtı ilə saat 19:11-də (Bakı vaxtı ilə saat 4:11-də) neftin qiyməti 65,14 dollara çatıb.

Qeyd edək ki, daha əvvəl Pentaqon İranın ABŞ-ın İraqdakı azı 2 bazasına hücum etdiyini xəbər verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR