Məzahir Pənahov çempiona: "İstəsək də sənə kömək edə bilmərik"

Məzahir Pənahov çempiona: "İstəsək də sənə kömək edə bilmərik"
17:03 8 Yanvar 2020
54 Digər
Ölkə mətbuatı
A- A+

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir.

Publika.az xəbər verir ki, iclasda ilk olaraq 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Məsələ barədə məlumat verən MSK katibi Arifə Muxtarova bildirib ki, namizədliyi 45 saylı Abşeron seçki dairəsindən öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Samir Qəzənfər oğlu 5 yanvarda MSK-ya müraciət edərək namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair DSK-nın qərarının mübahisələndirilməsini xahiş edilib. Samir Həsənov müraciətində qeyd edib ki, mülkiyyət barədə məlumatları düzgün qeyd etmədiyinə görə namizədliyinin qeydə alınmasından imtina edilib: “DSK bildirib ki, şəxs daşınmaz əmlak barədə məlumatı təqdim etməyib. Bununla əlaqədar İşçi Qrupunun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən aldığı məlumatda Həsənov Samir Qəzənfər oğlunun adına torpaq olduğu qeyd olunub”. Arifə Muxtarova DSK-nın qərarının əsaslı olduğunu bildirib. İclasda iştirak edən şikayətçi Samir Həsənov boks üzrə çempionluq tituluna məxsus olduğunu bildirib. O, Yardımlı rayonunda adına pay torpağı olmasından xəbərsiz olduğunu qeyd edb. MSK sədri Məzahir Pənahov bildrib ki, istəsələr də Samir Həsənova kömək edə bilməzlər: “Bu elə bir məsələdir ki, biz DSK-nın qərarını nəzərə almaya bilmərik. Siz yaxşı bir azərbaycanlısız. Biz hamımız arzu edərdik ki, sizə kömək edə bilək. Əmlakdan başqa nə məsələ olura biz çalışırıq ki, kömək edək”. Müzakirədən sonra məsələ səsə qoyularaq qəbul edilib.

Daha sonra MSK-nın və Ekspert qrupunun üzvü Ramiz İbrahimov məlumat verib. O qeyd edib ki, namizədliyi 44 Sumqayıt-Xızı seçki dairəsi üzrə irəli sürülən Məmmədov Taleh Sakit oğlu yanvarın 6-da MSK-ya teleqram vuraraq DSK-nın namizədliyin qeydə alınmasından imtina edilməsinə dair qərarını mübahisələndirib: “Müəyyən edilib ki, DSK təqdim edilmiş 500 imzadan 114 imza etibarsız hesab edildiyindən onun namizədliyinin qeydə alınmasından imtina edib. Ancaq DSK-larda imzaları yoxlamaq üçün mütəxəssislər olmadığı üçün biz araşdırdıq, cəmi 16 imza etibarsız çıxdı. Biz qərar layihəsi hazırlamışıq, həmin qərarda namizədliyin qeydə alınması öz əksini tapıb”. MSK sədrinin müavini Rövzət Qasımov Ramiz İbrahimovun sözlərinə düzəliş edib. O qeyd edib ki, DSK-larda imzaların oxşarlığını yoxlamaq üçün mütəxəssislər yoxdur: “Amma imzaları yoxlamaq üçün bütün DSK-larda mütəxəssislər var”. Məsələ səsə qoyularaq Taleh Məmmədovun namizədliyi qeydə alınıb.

Daha bir müraciəti MSK-nın və Ekspert qrupunun üzvü Bəxşeyiş Əsgərov çatdırıb. O qeyd edib ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əlixanov Toğrul Mustafa oğlunun topladığı imzalardan 52-si etibarsız hesab olunub. B.Əsgərov daha sonra qərar layihəsini oxuyub. Layihədə şikayətin təmin edilməs, şəxsin namizədliyinin qeydə alınması təklif edilib. Müzakirədən sonra Toğrul Əlixanovun da namizədliyi qeydə alınıb. MSK sədri Məzahir Pənahov bir daha qeyd edib ki, rəhbərlik etdiyi qurum əmlak məsələsi istisna olmaqla digər hallarda namizədliyi təsdiqlənmiş şəxslərə köməklik etməyə çalışır: “Ancaq əmlak məsələsi istisnadır. Son iki qərar 44 saylı Sumqayıt-Xızı dairə seçki komissiyası ilə bağlıdır. Bu hal onu göstərir ki, biz onlara xəbərdarlıq etməliyik. Bizdə onların fəaliyyətinə ciddi şübhə yaranır”. Səxavət


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/301342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR