DYP-də yoxlamalar aparıır? -

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) İdarəsində ciddi yoxlamaların aparıldığı barədə yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yayılan məlumatlar fərdi təxəyyüldən yaranan qənaətlərdir.

“Yazıda iddia olunan “hesabat kitabı”, yaxud hansısa “qara bloknot” haqqında bizdə rəsmi məlumat yoxdur”, - E.Hacıyev əlavə edib.

Qeyd edək ki, mətbuatda BŞBPİ-nin DYP İdarəsində ciddi yoxlamaların aparıldığı barədə məlumat yayılıb. Məlumata görə, aparılan kompleks yoxlamalar zamanı bir müddət əvvəl Daxili İşlər naziri Vilayət Eyvazovun ləğv etdiyi kabinetlərin - “rüşvət otaqları”nın bir hissəsinin hələ də fəaliyyət göstərdiyi qeyd edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR