Göyçayda ilan sancan 40 yaşlı kişi Bakıya təxliyə olunub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini 1986-cı il təvəllüdlü Hüseynov Hüseyn Mehman oğlu ilan sancması səbəbilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sağ bilək nahiyəsinin iki ədəd deşilmiş yarası, zəhərli ilan sancması diaqnozu təyin edilib.
Pasiyentə ilan zəhəri əleyhinə zərdab tətbiq edilib və ixtisaslı tibbi xidmət göstərilməsi üçün Bakı şəhərində yerləşən Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik dəqiq məlum deyil.
Xatırladaq ki, hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir, vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.