Bu gün yanvar ayının 8-idir. El dili ilə desək qışın oğlan çağıdır. Lakin buna baxmayaraq gün ərzində 3-8 dərəcə isti müşahidə olunur. Bu isə əlbəttə ki, normadan çoxdur. Bu isə bizləri müəyyən suallar ətrafında düşünməyə vadar edir. Dünyada nə baş verir?
Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Sakin: “Bir metrə kimi qar yağırdı. Məhlədə kürüyüb gedirdik”.
Sakin: “Yaxşı qış olardı, dizə qədər qar olardı. Uşaqlar sürüşərdilər”.
Hüseyn Mustafabəyli – AMEA-nın əməkdaşı: “Bütün dünyanı əhatə edən qlobal bir məslədir. Hal-hazırda hava sirkulyasiyası zəifləyir. Qlobal istiləşmənin səbəbi oksigen qazının azalması, karbon qazının çoxalmasıdır”.
Bu sahədə təcili və genişmiqyaslı ölçülərə əl atılmalı olduğunun vacibliyinə diqqət çəkən müsahibim temperaturun yuxarı qalxmasının təhlükələrinin qorxunc olacağını deyir.
Hüseyn Mustafabəyli – AMEA-nın əməkdaşı: “Xəzərdə yaranan problemlər çox ciddidir. Nə onun səviyyəsinin artıb azalması normal deyil. Proqnozlaşdırmaq mümkün deyil. Bu o deməkdir ki, artıq səhralaşma prosesi üçün Azərbaycanda ciddi bir təsir göstərmiş olur”.
Əlbəttə istiləşmə yalnız təbii proseslərə təsir etmir, kənd təsərrüfatının da tənəzzülünə səbəb ola bilir. İqlim dəyişikliklərinin baş verməsində insan amilinin də rolu böyükdür. Hazırda xarici təcrübədə istiləşmənin qarşısını almaq üçün müxtəlif üsullardan istifadə edirlər.
Hüseyn Mustafabəyli – AMEA-nın əməkdaşı: “Məsələn, Çində istənilən zaman qar yağdırmaq mümkün olur. Bundan kənd təsərrüfatında da istifadə etmək mümkün olur. Nə qədər ki, böyük dövlətlər öz ərazilərində hansısa hidrometeoroloji dəyişmələr tətbiq edirsə, bizim ərazilərdə fəsadlar törətmiş olur”.
Bu il istilik ötən ilin temperatur göstəricilərinə nisbətən artıb.
Məlahət Zahidi – HMS-nın Əməkdaşı: “Çoxillik norma müsbət 3,7 dərəcə olduğu halda bu il havanın orta temperaturu müsbət 5,6 dərəcə qeydə alınmışdır. Bu da çoxillik norma ilə müqayisədə havanın orta temperaturu 2 dəfə çox olmuşdur”.
İqlim dəyişikliyinin təsirləri dünyanın bütün ölkələrini əhatə edir. Heç bir tədbir görülməzsə, XXI əsrdə dünyada temperaturunun yüksələcəyi proqnoz olunur. Yəni artıq sözdən işə keçməyin zamanıdır. Yoxsa yaxın 40-50 il ərzində temperatur daha 1 dərəcə də arta bilər ki, bu da dünyanı fəlakət qarşısında qoyar.
Qışda niyə qara həsrət qalmışıq? -
Həmçinin oxu
Oktyabrın 28-nin havası açıqlandı
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Siyəzəndə qadın boğularaq öldürüldü - Qohumu saxlanıldı
Bu gün
·
12:53
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
Bu gün
·
12:31
Azərbaycanda ödəniş kartlarının sayı artıb
Bu gün
·
12:29
Oktyabrın 28-nin havası açıqlandı
Bu gün
·
12:13
Milli Məclis iki məcəlləyə dəyişikliyi ilk oxunuşda qəbul etdi
Bu gün
·
12:06
Oktyabrın 28-də qaz kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
11:55
Azərbaycanın iqtisadi potensialı Dohada təqdim olundu
Bu gün
·
11:46
Qüdrət Qarayev həbs olundu
Bu gün
·
11:39
Bakının mərkəzində böyük park salınır - FOTO
Bu gün
·
11:35
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Bu gün
·
11:33
Azərbaycanda rəqəmsal savadlılığın 70 faizə çatdırılması hədəflənir
Bu gün
·
11:25
Qazaxda küçədə meyit tapıldı
Bu gün
·
11:24
Bu qanuna dəyişikliklər son oxunuşda qəbul edildi
Bu gün
·
11:14
Milli Məclisin növbəti plenar iclası keçirilir
Bu gün
·
11:08
Cənubi Qafqazda yeni vəziyyət yaratmağa müvəffəq olduq - İlham Əliyev
Bu gün
·
11:01