Bəzən valideynlər azyaşlı uşaqlarını çörək, siqaret və ya hər hansı bir şeyi almaq üçün təkbaşına uzaq məsafələrə göndərirlər. Və bəzən bunun nəticəsi heçdə ürəkaçan olmur...
Metbuat.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Sakin: “Valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdırlar, tam nəzarətdə olmalıdır. İndi cəmiyyət dəyişib”.
Sakin: “Uşaqları uzaq yerə müəyyən bir yaşdan sonra göndərmək lazımdır, çünki uşaqdır. Kimsə deyər gəl bura sənə konfet verim, onda artıq bilməsi lazımdır ki, hamıdan heçnə götürmək lazım deyil”.
Bəli, övladını hər cür təhlükədən qorumaq ilk növbədə valideynin borcudur. Ancaq buna görə onları günahlandırmaq da doğru deyil.
Əhməd Qəşəmoğlu – Sosioloq: “Valideyni qınamaq çətindir, çünki uzun illər boyunca bu adət-ən-ənə olub, 5-6 yaşında uşağı çörək almağa göndərirlər. Bu adam gözün açıb görüb ki, bu olar, amma cəmiyyətin belə sürətlə dəyişməsini, aşınmaların olmasını nəzərə ala bilmir. Valideyn əsas məsələni cəmiyyətin qanunauyğunluğunda axtarmalıdır”.
7 gün 24 saat uşağı nəzarət altinda saxlamaq da mümkun deyil. Buna görə də onları qarşilaşa biləcək hadisələr barədə maarifləndirmək daha doğru olar.
Gülər Məmmədova – Psixoloq: “Məktəbəqədər dövrdən etibarən öz övladlarında özünümüdafiə mexanizmlərini aşılamalıdırlar. Azyaşlılara, ibtidai sinif şagirdlərinə də müəllimlər aşılamalıdırlar ki, uzaq məsafələrə getmək, yad insanlardan nəsə almaq, onların dəvəti ilə harasa getmək olmaz”.
Bu məsələlər təkcə valideynləri yox həmdə aiddiyyatı qurumları narahat edir.
Pərviz Əliyev – AQUPDK-nin Uşaq Problenləri şöbəsiin baş məsləhətçisi: “Bu məsələdə uşaqların maarifləndirməsi işləri daha ciddi aparılmalıdır, yəni uşaq bilməlidir ki, onu harada təhlükə gözləyir. Maarifləndirmə tədbirləri valideynlər arasında da aparılır, sosial çarxlarımız olubdur uşaqların təhlükəsizliyi məsələsi ilə bağlı ictimai nəqliyyatda da posterlərimiz nümayiş olunub”.
Ekspertlər düşünür ki, bu məsələdə həm də baxça və məktəbdə müəllimlər kompleks şəkildə maarifləndirmə işləri aparmalıdır.
“Gəl konfet verim, deyə qaçırılan uşaqlar” -
Həmçinin oxu
Oktyabrın 28-nin havası açıqlandı
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Siyəzəndə qadın boğularaq öldürüldü - Qohumu saxlanıldı
Bu gün
·
12:53
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
Bu gün
·
12:31
Azərbaycanda ödəniş kartlarının sayı artıb
Bu gün
·
12:29
Oktyabrın 28-nin havası açıqlandı
Bu gün
·
12:13
Milli Məclis iki məcəlləyə dəyişikliyi ilk oxunuşda qəbul etdi
Bu gün
·
12:06
Oktyabrın 28-də qaz kəsiləcək - Bu ərazilərdə
Bu gün
·
11:55
Azərbaycanın iqtisadi potensialı Dohada təqdim olundu
Bu gün
·
11:46
Qüdrət Qarayev həbs olundu
Bu gün
·
11:39
Bakının mərkəzində böyük park salınır - FOTO
Bu gün
·
11:35
Azərbaycanda problemli kreditlərin məbləği artıb
Bu gün
·
11:33
Azərbaycanda rəqəmsal savadlılığın 70 faizə çatdırılması hədəflənir
Bu gün
·
11:25
Qazaxda küçədə meyit tapıldı
Bu gün
·
11:24
Bu qanuna dəyişikliklər son oxunuşda qəbul edildi
Bu gün
·
11:14
Milli Məclisin növbəti plenar iclası keçirilir
Bu gün
·
11:08
Cənubi Qafqazda yeni vəziyyət yaratmağa müvəffəq olduq - İlham Əliyev
Bu gün
·
11:01