Rusiyada tanışını öldürən azərbaycanlı 14 il sonra ələ keçdi

Rusiyanın Arxangelsk vilayətində 36 yaşlı Azərbaycan vətəndaşının məhkəməsi başlayacaq.

Metbuat.az xəbər verir ki, 2006-cı ilin payızında o, Kotlas-Koryajma yolunda 25 yaşlı Kotlas sakinini qətlə yetirmişdi. Azərbaycanlı göbələk yığmaq adı ilə tanışını maşınında yoldan kənar əraziyə gətirərək bıçaqla qətlə yetirib.

Cinayətin məhrumun sevgilisi tərəfindən sifariş olunduğu aydınlaşıb. 23 yaşlı təşkilatçı qadın həbs olunsa da, Azərbaycan vətəndaşı Rusiyanı tərk edərək Azərbaycana qaçmışdı. Sonralar Gürcüstanda da yaşayan şəxs Ukraynanın Odessa şəhərinə gələn zaman axtarışa verilmiş şəxs kimi saxlanılıb.

Hazırda Rusiyaya təhvil verilərək məhkəmə prosesini gözləyir. (modern.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR