Tovuz rayonunda 10 yaşlı Nərmini oğurlayaraq qətlə yetirib meyitini yandıran şəxsin saxlanılması ilə bağlı məlumat yayılıb.

Metbuat.az bildirir ki, məsələ ilə bağlı "ölkə.az”a açıqlama verən Nərminin atası Şərif Quliyev yayılan xəbərləri təkzib edib.

"Yalan söhbətdi, belə bir şey yoxdur, dezinformasiyadır. Bu barədə məlumat olsaydı, ilk mən bilərdim”.

Əməkdaşımızın " İlkin adlı şəxs sinif yoldaşınız olub?" sualını o, təkzib edərək belə deyib:

"Xeyr, bu da yalandır. İlkin mənim sinif yoldaşım deyil".

Qeyd edək ki, bu gün qatilin 36 yaşlı İlkin adında şəxs olduğu mətbuat orqanlarında yayılıb.