Rusiyanın ikinci liqasında çıxış edən “Ural” klubunun qapıçısı Aleksandr Selixov möhtəşəm qolu ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, çempionatın 15-ci turunda “Çelyabinsk” və “Ural” komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə davam edərkən, 87-ci dəqiqədə qonaq komanda cərimə zərbəsi qazanıb.
Topun arxasına keçən qapıçı Selixov dəqiq zərbə ilə rəqib qapısına yol taparaq komandasını hesabda önə çıxarıb. Qoldan sonra böyük sevinc yaşayan qolkiper komanda yoldaşları və azarkeşlərlə birlikdə bu anı qeyd edib.