Bakı, 20 may, Pərvanə İmanova, AZƏRTAC
Mayın 20-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri diqqətə çatdırıb.
Sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Müasir dünya fəlsəfəsi kontekstində Azərbaycan fəlsəfəsinin əsas prioritetləri” mövzusunda məruzəsi dinlənilib.
İclasda bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxılıb.