Astarada ər-arvad dəm qazından boğulub

Astara rayonunda ər-arvad yaşadıqları mənzildə ölü tapılıb.

Metbuat.az bildirir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Səməd Vurğun küçəsində yaşayanlar - 1958-ci il təvəllüdlü Səxavət Əhmədov və onun həyat yoldaşı, 1959-cu il təvəllüdlü Zərifə Əhmədova dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR