Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb

Saatlıda qanunsuz odlu silah gəzdirən şəxs saxlanılıb
17:27 14 Yanvar 2020
34 Digər
Ölkə mətbuatı
A- A+

Beyləqan rayon sakinindən ov tüfəngi götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Saatlı Rayon Polsi Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Beyləqan rayonu İmamverdilər kənd sakini Teymur Kərimov Saatlı rayonu ərazisində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. T.Kərimovdan 1ədəd “ İJ-58” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı Saatlı RPŞ-də araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/saatlida-qanunsuz-odlu-silah-gezdiren-sexs-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR