[ 20 May 2015 17:05 ]
Bakı. Fərid Mirzəyev - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, Rəyasət Heyətinin iclasında AMEA-nın Humanitar Elmlər Bölməsi və İctimai Elmlər Bölməsi Bürolarının tərkibi təsdiq olunub.
Humanitar Elmlər Bürosunun Büro üzvlüyünə Akademik Teymur Kərimov (sədr), AMEA-nın müxbir üzvü Muxtar İmanov (müavin), Akademik Vasim Məmmədəliyev (üzv), akademik Tofiq Hacıyev (üzv), AMEA-nın müxbir üzvü Əliyar Səfərli (üzv), AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə (üzv) və AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu (üzv) təsdiq olunublar.
İctimai Elmlər Bürosunun Büro üzvlüyünə AMEA-nın müxbir üzvü Nərgiz Axundova (sədr), AMEA-nın müxbir üzvü Şahin Mustafayev (müavin), Akademik Nailə Vəlixanlı (üzv), akademik Teymur Bünyadov (üzv), AMEA-nın müxbir üzvü İlyas Babayev (üzv), AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva (üzv), AMEA-nın müxbir üzvü Yaqub Mahmudov (üzv), AMEA-nın müxbir üzvü Şahbaz Muradov (üzv) və AMEA-nın müxbir üzvü Məsumə Məlikova təsdiq edilib.