Qax, 20 may, Mustafa Dadaşov, AZƏRTAC
Qax rayon Məşğulluq Mərkəzinin mayın 20-də işəgötürənlər üçün təşkil etdiyi növbəti “dəyirmi masa”nın mövzusu sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydalarına həsr olunub.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin məsul əməkdaşlarının, yerli əlaqələndirmə komitəsi üzvlərinin və işəgötürənlərin iştirak etdikləri tədbirdə idarə və müəssisələrdə iş yerlərinə kvotanın tətbiqi şərtləri, kvota yerlərinə Məşğulluq Mərkəzi tərəfindən göndərilmiş vətəndaşların işə qəbul edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutululmuş cərimələr barədə ətraflı müzakirələr aparılıb.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran məsələlərə aydınlıq gətirilib.