"Hyundai" beton dirəyə çırpılıb ikiyə qatlandı - ANBAAN VİDEO

"Hyundai" beton dirəyə çırpılıb ikiyə qatlandı - ANBAAN VİDEO
20:42 15 Yanvar 2020
117 Dünya
Ölkə mətbuatı
A- A+

Buryatiya Respublikasının Ulan-Ude şəhərində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az avtosfer.az-a istinadən məlumat verir ki, insident yanvarın 15-də səhər saatlarında Sayan rayonunda qeydə alınıb.

Məlumata görə, yüksək sürətlə idarə olunan "Hyundai Solaris" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq iki tramvay yolunun ortasındakı beton dirəyə çırpılıb. Zərbənin şiddətindən "Hyundai" deformasiyaya uğrayıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb. Qəzadan sonra tramvayların hərəkətində müvəqqəti fasilələr yaranıb.

Yaralılar, hadisə yerinə çağırılan "təcili tibbi yardım" maşınları ilə xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR