Tramp Çinə səfər etməyi planlaşdırır

Tramp Çinə səfər etməyi planlaşdırır
05:22 16 Yanvar 2020
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp yaxın zamanda Çinə səfər etməyi planlaşdırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə çıxışı zamanı deyib.

ABŞ prezidenti bildirib: "Mən yaxın gələcəkdə Çinə səfər edəcəyəm".

ABŞ və Çin arasında ticarət sazişi üzrə birinci sənədlər paketinin imzalanması barədə danışan D.Tramp qeyd edib ki, bu, keçmişin çatışmazlıqlarını aradan qaldıracaq və iqtisadi ədalətə və amerikalı fəhlələr, fermerlər və ailələr üçün təhlükəsizliyə gələcək verəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3177789.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR