Məşhur aktyorun idmançı atası öldü

Məşhur aktyorun idmançı atası öldü
12:52 16 Yanvar 2020
192 Dünya
Ölkə mətbuatı
A- A+

"The Rock" ləqəbi ilə tanınan məşhur aktyor Dveyn Consonun atası, idmançı Roki Conson vəfat edib.

Milli.Az Nyu-York Post-a istinadla xəbər verir ki, güləşçi Roki Conson 75 yaşında dünyasını dəyişib. Onun ölümü barədə məlumatı Dünya Güləş Federasiyası yayıb.

Federasiyanın yaydığı məlumatda güləşçinin ailəsinə başsağlığı verilib və bildirilib ki, onun əsl adı Wayde Douglas Bowles olub.

Qeyd edək ki, o, 1991-ci ildə kariyerasını bitirib.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR