Rus baletinin ulduzları "Qu gölü" tamaşasında iştirak edəcəklər

Rus baletinin ulduzları "Qu gölü" tamaşasında iştirak edəcəklər
14:43 16 Yanvar 2020
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında fevralın 15-də tamaşaçıların çox sevdiyi və hər zaman böyük maraqla qarşıladıqları Pyotr Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək.

Teatrın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada baş rolları ifa etmək üçün rus baletinin ulduzları - Rusiya Dövlət Akademik Böyük Teatrının prima-balerinası, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Kristina Kretova (Odetta-Odilliya) və Sankt-Peterburqun Mariinski adına Opera və Balet Teatrının aparıcı solisti, Azərbaycan Respublikasının Əməkdar artisti, həmyerlimiz Timur Əsgərovu (Şahzadə Ziqfrid) dəvət edib.

Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrı balet truppasının aparıcı solistləri - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər - Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Elmira Süleymanova, Cəmilə Kərimova, solistlər Timur Oduşev, Ayan Eyvazova, Yuliya Ferştandt və başqaları çıxış edəcəklər.

Tamaşanı Teatrın baş dirijoru, Respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3178145.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR