Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü planlaşdırılır.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, ATƏT sədrinin daimi nümayəndəsi Anjey Kasperşiklə görüşüb, o da xarici işlər nazirləri səviyyəsində görüşün baş tutmasını dəstəkləyib: "Digər hər hansı bir məsələ çıxmasa, bu ayın sonunda XİN başçılarının görüşü nəzərdə tutulur".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin