Rusiyadan 38 azərbaycanlı qovuldu

Rusiyadan 38 azərbaycanlı qovuldu
12:12 17 Yanvar 2020
97 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Sverdlovski vilayətindən ötən il ərzində 38 azərbaycanlı deportasiya olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Yekaterinburq ərazisindən ölkələrinə göndərilən azərbaycanlılar Rusiyanın miqrasiya qanunlarını pozublar.

Ərazidən il ərzində ümumilikdə 2200 qanunsuz miqrant çıxarıldığı bildirilir.

65-nin uşaq olduğu xarici vətəndaşların 1880 nəfəri biletlərini özləri alıb, qalanlarının xərcləri isə Rusiya Federasiyasının büdcəsi hesabına ödənilib.

Rusiya Federasiyasının miqrant qanunlarını pozan şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunur, onlar cərimə ödəməklə ölkə ərazisindən çıxarılır və beş il müddətində həmin dövlətə qayıda bilmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/818704.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR