"Qarabağ" heç-heçə etdi

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi Rumıniyanın yüksək liqasında mübarizə aparan "Akademiya Klinçeni" klubu ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. "Qarabağ"dan qolları Abdullah Zubir (11-ci dəqiqə) və Cavid Bayramov (90-cı dəqiqə) vurub. "Akademiya Klinçeni" isə 23 və 87-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun kollektivi təlim-məşq toplanışı çərçivəsində daha 3 oyun keçirəcək. Komanda yanvarın 22-sində Qazaxıstanın "Jetisu", 25-ində isə Çexiyanın "Siqma" və Polşanın "Visla Plok" komandaları ilə üz-üzə gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR