Klopp "Liverpul"un qiymətini 5 dəfə artırdı

Klopp "Liverpul"un qiymətini 5 dəfə artırdı
11:38 19 Yanvar 2020
110 İdman
Ölkə mətbuatı
A- A+

“Liverpul”un heyətinin dəyəri məlum olub.

Publika.az xəbər verir ki, Mersisayd təmsilçisinin heyətinin dəyəri 2,15 milyard avrodur. Bu barədə “Forbes” nəşri məlumat yayıb.

Almaniyalı mütəxəssis Yurgen Klopp “Liverpul”a gəldiyi zaman – 2015-ci ildə komandanın heyətinin dəyəri 423 milyon avro idi. 5 ildə “Liverpul”un heyətinin dəyəri 500 faizdən çox artıb.

“Forbes” nəşri Mersisayd təmsilçisinin futbolçusu Endryu Robertsonun dəyərinin tez bir zamanda artmasını da misal göstərib. Belə ki, 25 yaşlı müdafiəçi 2017-ci ildə 9,4 milyon avro idisə, indi bu rəqəm 80 milyondur. “Liverpul” hazırda Premyer Liqada 61 xalla liderdir.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/302337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR