Azərbaycan Premyer Liqası dünyada 56-cı yerə yüksəlib

Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb.

Metbuat.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi yenə ötən ilin 100 ən yaxşı çempionatını müəyyənləşdirib.

Artıq neçə illərdir “Top-100”də yer alan Azərbaycan Premyer Liqası cədvəldən kənar qalmayıb. Çempionatımız dünyanın 56-cı ən güclü liqasıdır. Azərbaycan Premyer Liqasının hesabında 349 xal var. 2018-ci ilin ötən il açıqlanan yekunlarında çempionat yalnız 70-ci idi. Bir ildə liqamız 14 pillə irəliləyişə nail olub.

Ölkə çempionatı İran, həmçinin milyonlarla dollarlıq transferlərə malik ABŞ və Qətər liqalarını da arxada qoyur. Siyahıya isə İngiltərə Premyer Liqası başçılıq edir. Dünyanın ən güclü çempionatının 1287 xalı var. Futbolun yaradıcıları bir il əvvəl 2-ci yerdə idi.

Braziliya 1165 xalla ikincidir. Zirvəni əldən verən İspaniya La Liqası 1141 xalla üçüncü sırada yer alıb. Qonşu Türkiyə çempionatı isə 8 pillə geriləyib. Super Liqa dünyada 28-cidir.(apasport)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR