20 Yanvar qurbanlarının xatirəsi metropolitendə yad edildi (FOTO)

20 Yanvar qurbanlarının xatirəsi metropolitendə yad edildi (FOTO)
00:15 21 Yanvar 2020
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qanlı Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də anım mərasimi keçirilib.

Trend-in məlumatına əsasən, təsdiq edilmiş tədbirlər planına əsasən, Bakı metropoliteni, xüsusən də "28 May", "Elmlər Akademiyası" və "20 Yanvar" stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Gücləndirilmiş iş rejimi şəraitinə uyğun olaraq, “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılıb və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.

Ümumxalq Hüzn Günü ilə əlaqədar səhər 06:00-dan bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi ilə hüznlü musiqi parçaları səsləndirilir. Stansiyalara daxil olan qatarlarda elanları maşinistlər səsləndirirlər.

1990-cı il 20 yanvar gecəsinin əsas hadisələrinin cərəyan etdiyi ərazidə yerləşən “20 Yanvar” stansiyasının plaftormasının sütunlarında xüsusi eskizlər əsasında hazırlanmış güllərdən ibarət bədii kompozisiya qurulub.

Platformanın hər iki tərəfdən giriş hissəsində metropolitenin güllərdən hazırlanmış loqotipi və hüzn gününün ildönümünü əks etdirən “30” rəqəmi, tam mərkəzdə isə səkkizguşəli ulduz qurulub.

Gün ərzində şəhidlərin əziz xatirəsinə əbədi ehtiramın ifadəsi olan, stansiya platformasında metropolitençilərdən ibarət fəxri qarovul dayanır.

Saat 12:00-da ölkə ərazisinin, bütün nəqliyyat vasitələrində olduğu kimi, metropolitendə də qatarların fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçirilib.

“Bakı Metropoliteni” QSC-nin rəhbər heyəti, kollektivin nümayəndələri, sərnişinlər, eləcə də bu hüzn anını bu stansiyada qarşılamaq üçün gələnlərlə birlikdə fit səsinin müşayiət etdiyi sükut dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında qeyd ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3179724.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR